fontan restoran

QəbəLƏDƏ GƏZMƏLİ YERLƏR

Qəbələdə gəzməli yerlər, zəngin tarixi, məftun edici təbiəti və müxtəlif istirahət imkanları, ailevi restoranlar ilə ziyarətçilərin diqqətini çəkən Azərbaycanın ən gözəl guşələrindən biridir. Bu bənzərsiz yer, hər il yerli və xarici turistləri özünə cəlb edir. İndi isə sizə Qəbələdə mütləq ziyarət etməli olduğunuz Qəbələnin gəzməli yerləri təqdim edirik.

Qəbələ Tufandağ Qış-Yay Turizm Kompleksi

Qəbələnin ən məşhur istirahət məkanlarından biri olan Tufandağ, qış idman növləri üçün əla şəraiti ilə tanınır. Kayak və snowboard həvəskarları üçün ideal bir məkandır. Yay aylarında isə dağların əsərindən yürüyüş və piknik kimi fəaliyyətlərlə özünü göstərir.

qebelede gezmeli yerler

Qəbələ Savalan ASPI Şərab Zavodu

Qəbələdəki bu şərab zavodu, yerli üzüm sortlarını işləyərək, yüksək keyfiyyətli şərablar istehsal edir. Zavod turu, şərab dadma imkanı ilə birlikə ziyarətçilərə unudulmaz bir təcrübə təqdim edir.

Savalan ASPI Şərab Zavodu

Qəbələnd

Əyləncə və macəra axtaranlar üçün Qabaland əyləncə parkı mükəmməl bir seçimdir. Ailələr və dostlarla ziyarət edilə biləcək bu park, müxtəlif attraksionlarla doludur.

qabaland

Qəbələ Yeddi Gözəl Şəlaləsi

Qəbələnin təbiət gözəllikləri arasında xüsusi yer tutan Yeddi Gözəl Şəlaləsi, ziyarətçilərə təbiətin möhtəşəm mənzərələrini təqdim edir. Şəlaləyə doğru yürüyüş, həm fiziki aktivlik, həm də ruhi rahatlıq verir.

yeddi gozel selalesi

Qəbələ Essenso Lavanda Tarlası

May və iyun aylarında Qəbələdə keçirilən illik Lavanda Festivalı, bu gözəl bitkinin yetişdirilməsi və istifadəsi ilə bağlı sirləri öyrənmək istəyən ziyarətçiləri cəlb edir. Tarlada lavanda məhsulları və hədiyyə qutuları da satılır.

Qəbələ Nohur Gölü

Təmiz hava və sakitlik axtaranlar üçün Nohur Gölü, Qəbələdəki ən yaxşı təbiət məkanlarından biridir. Göl ətrafında yürüyüş və piknik, ziyarətçilərə həqiqi təbiət zövqü yaşadır.

Qəbələ Şəhər Yeni Məscidi

Bu məscid, müasir memarlıq və dini mədəniyyətin gözəl nümunəsidir. Ziyarətçilər burada sakit bir mühitdə ibadət etmək və mənəvi dincəlmək imkanı tapa bilərlər.

qebele seher yeni mescidi

Qəbələ Arxeoloji Mərkəzi

Tarixə maraq göstərən ziyarətçilər üçün Qəbələ Arxeoloji Mərkəzi, ərazidə aparılan qazıntılar və tapıntılar haqqında məlumat verir. Bu mərkəz, Qəbələnin köklü tarixinə işıq tutur.

Çuxur Qəbələ

Bu tarixi yer, Qəbələnin qədim dövrlərini əks etdirir. Ziyarətçilər burada keçmiş zamanlara səyahət edə bilər və ətrafdakı təbiət gözəlliklərindən zövq ala bilərlər. Əlavə olaraq qədim Qəbələ restoranı ilə tanış olun.

cuxur qebele

Qəbələ Vəndam Vedra Bazarı

Yerli məhsulların, xüsusilə də təzə meyvə və tərəvəzlərin satıldığı bu bazar, həm yerli həyat tərzini görmək, həm də ləzzətli yerli yeməkləri dadmaq üçün əla bir fırsatdır.

Qəbələnin Gəzməli Yerlərini Gördükdən Sonra, Fontan Restoranda Ləzzətli Anları Keçirin

Telefon

+994 50 822 55 88

Whatsapp

Email

info@restoranfontan.az

Ünvan

Elçin Kərimov Küçəsi 2- ci döngə Azerbaijan Qebele, 0036

× Bizə yazın